AZ

Yanvar-may aylarında Türkiyənin ABŞ-a elektrik avadanlıqları ixracı 293 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar- may aylarında Türkiyənin ABŞ-a elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 69,5 faiz artaraq, 293 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə ABŞ-a 73,2 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 1.29 dəfə çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 6,7 milyard dollara bərabər olub.

"Bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8,7 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2023- may 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
20
turkic.world

10Mənbələr