AZ

Qəbələdə ağır qəza: turist öldü, üç nəfər yaralandı

21:54

Qəbələdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, bir əcnəbi turist ölüb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "Mersedes-Benz" markalı minik avtomobilinin və yük maşınının toqquşması nəticəsində bir əcnəbi turist ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəbələdə zəncirvari yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyunun 15-də saat 18 radələrində Ağdaş-Qəbələ avtomobil yolunda Yaqub Rzayevin idarə etdiyi “Mersedes Vito” və Elşən Əliyevin idarə etdiyi yük avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 2005-ci il təvəllüdlü A.R. aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin nəqliyyat vasitəsindəki daha 3 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
13
axar.az

10Mənbələr