AZ

Lyayen: “Ukraynada münaqişənin dondurulması gələcək müharibələr üçün reseptdir”

“Ukraynada münaqişənin dondurulması həll yolu deyil, gələcək şiddətli müharibələr üçün reseptdir”.

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İsveçrədə Ukraynanın təşəbbüsü ilə keçirilən  sülh sammitində bildirib.

“Bu gün xarici qoşunların Ukrayna torpaqlarını işğal etdiyi bir vaxtda münaqişənin dondurulması həll yolu deyil. Bu, gələcək işğalçılıq müharibələri üçün reseptdir. Bunun əvəzində biz Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhü dəstəkləməliyik. Ukraynanın suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək sülhə can atmalıyıq”, - deyə Lyayen sammitdəki çıxışı zamanı qeyd edib.

 


Seçilən
91
2
news365.az

3Mənbələr