AZ

Qəbələdə əcnəbi vətəndaşları daşıyan maşın qəzaya uğradı

Qəbələ də avtomobil qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az-a verilən məlumata görə iyunun 15-də saat 18:00 radələrində Ağdaş-Qəbələ avtomobil yolunda Yaqub Rzayevin idarə etdiyi “Mercedes Vito” və Elşən Əliyevin idarə etdiyi yük avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 2005-ci il təvəllüdlü əcnəbi vətəndaş aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Həmin nəqliyyat vasitəsindəki daha 3 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
5
bakupost.az

6Mənbələr