AZ

Makron Ukrayna məsələsində ölkələrin dairəsinin genişləndirilməsinin vacibliyini bəyan edib

Fransa prezidenti Emmanuel Makron Ukrayna probleminin həlli üçün iştirakçı ölkələrin sayının artırılmasının zəruriliyindən danışıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Reuters xəbər verir.

 

İsveçrədə keçirilən sammitdə Makron vurğulayıb ki, Ukrayna üzrə sülh planının hazırlanması prosesində iştirak edən ölkələrin dairəsi genişləndirilməlidir.

 

Bundan əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri, şahzadə Faysal bin Farhan Al Səud Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəlmiş istənilən etibarlı sülh prosesinin Rusiyanın iştirakını tələb etdiyini bildirib.

 

Həmçinin İsveçrə prezidenti Viola Amherd bildirib ki, Ukraynada sülh prosesi Rusiya Federasiyasının iştirakı olmadan təsəvvür edilə bilməz.

 

İsveçrənin Bürgenstok kurortunda Ukraynadakı münaqişənin Rusiyanın iştirakı olmadan həllinə dair sammit keçirilir.

 

İyunun 15-də İtaliyanın baş naziri Giorgia Meloni Rusiyanın aktivlərinin blokdan çıxarılması perspektivini Ukraynadakı sülh prosesi və Kiyevə təzminatla əlaqələndirib.

 

Bundan əvvəl Zelenski Putinin sülh danışıqlarının başlaması ilə bağlı şərtlərini “etibar etmək mümkün olmayan ultimatum” adlandırmışdı.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
50
oxu24.com

10Mənbələr