ABŞ prezidentliyinə namizəd Donald Tramp və hazırkı dövlət başçısı Co Baydenə qeydlərdən istifadə etməyə icazə verilməyəcək, onlar özləri ilə ancaq qələm, kağız və su götürə bilərlər.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Debatın saat yarım davam edəcəyi bildirilir.
Siyasətçilər yazılı şəkildə əvvəlcədən yazılmış mətnlərdən istifadə edə bilməyəcəklər. Həmçinin çəkiliş meydançasında tamaşaçı olmayacaq.