Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etməyi planlaşdırır.

Leqal.info xəbər verir ki, o, bu barədə Çin lideri Si Cinpinə ad günü münasibətilə təbrikində bildirib.

“İyulun 4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində sizinlə görüşməyə ümid etdiyimi bildirirəm. Əminəm ki, bu platformada Belarus və Çin də çiyin-çiyinə dayanaraq bu təşkilatın potensialını tam şəkildə açmağa çalışacaqlar”, - Lukaşenko qeyd edib.

Leqal.info