AZ

“Qəbələ”də daha bir ayrılıq

“Qəbələ” fransalı futbolçu Bilel Auaşeriya ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin yayından bu komandada çıxış edən legioner “qırmızı-qara” formada 42 matçda 6 qol vurub. Bilel Premyer Liqada 35 (6 qol), Azərbaycan kubokunda 5, avrokuboklarda 2 matçda iştirak edib.

Qəbələ” İdman Klubu Bilel Auaşeriyaya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
21
futbolinfo.az

10Mənbələr