AZ

AVRO-2024: İspaniya və Xorvatiya milliləri qarşılaşır

Bu gün Avropa çempionatında qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələcək İspaniya və Xorvatiya komandaları daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) üç dəfə qarşılaşıblar.

Heftelik.az-ın məlumatına görə, bu görüşlərin ikisində ispanlar, birində isə xorvatlar qələbə qazanıb.

Belə ki, ilk dəfə rəsmi olaraq AVRO-2012-də qarşılaşan tərəflərin duelində İspaniya millisi 1:0 hesabı ilə qalib gəlib. 4 il sonra AVRO-2016-da yenidən yolları kəsişən komandaların mübarizəsində xorvatlar 2:1 hesablı qələbəyə seviniblər. AVRO-2020-nin 1/8 finalında da qarşılaşan yığmaların son rəsmi görüşündə İspaniya millisi 5:3 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, İspaniya – Xorvatiya oyunu 20:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
heftelik.az

2Mənbələr