AZ

FHN əhalini çimərliklərdə təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır

Çimərlik mövsümünün başlaması ilə əlaqədar Azərbaycan FHN əhalini dəniz sahilində istirahət zamanı təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

Xüsusən, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağan edilir.

Müraciətdə həmçinin çimərlikdə uşaqları nəzarətsiz qoymamaq, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə əməl etmək tövsiyə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
3
turan.az

10Mənbələr