“Zirə” “Kəpəz”dan Junior Martinsi transfer edib.

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, 24 yaşlı futbolçu karyerası ərzində ölkəsini ABC, “Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında çıxış edib.