AZ

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Fransada kənd təsərrüfatı işçiləri iyunun 17-də yenidən etiraz nümayişinə çıxmağı planlaşdırırlar.

“İki sahil” xəbər verir ki, ilin əvvəlində fermerlərin qəzəbinin alovlandığı vaxtda Baş nazir Qabriel Attal ümumi kənd təsərrüfatı siyasəti (PAC) ilə bağlı bütün yardımların martın 15-dək ödəniləcəyinə “təntənəli şəkildə” zəmanət verərək, gərginliyi azaltmağa nail oldu. Bir neçə həftədən sonra Kənd Təsərrüfatı Nazirliyi bu yardımların ödənilməsinin iyunun 15-dək veriləcəyini bildirdi. Ancaq minlərlə təsərrüfat ödənişi gözləsə də, vəziyyət hələ də həllini tapmayıb.

2023-cü ildə ödənilməli olan yardımlar hələ də verilməyib. Bundan qəzəblənən fermerlər onsuz da siyasi cəhətdən sarsılmış ölkədə iyunun 17-də yenidən etiraz nümayişinə çıxacaqları ilə bağlı xəbərdarlıq ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
7
ikisahil.az

9Mənbələr