AZ

Bakıda müəmmalı hadisə: Axşamlar qapıları döyür, sonra…

Bakının Yasamal rayonunda yerləşən bəzi yaşayış binalarında özlərini polis əməkdaşları kimi təqdim edən bir neçə nəfər sakinlərin narahatlığına səbəb olub.

Onlar fərqli saatlarda, əsasən də axşamlar mənzillərin qapılarını döyərək ailə üzvləri ilə bağlı sorğu keçirdiklərini deyirlər.

Lakin naməlum şəxslər kameraların çəkdiyini gördükləri anda ərazini tərk edirlər.

Sakinlər bildiriblər ki, binalarından dəfələrlə qiymətli əşyaları və velosipedləri oğurlanıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, həmin şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb.

Daha ətraflı “ARB Xəbər”in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
9
kaim.az

10Mənbələr