ABŞ Ukraynanın enerji sisteminin gücləndirilməsi, eləcə də digər zəruri ehtiyaclarının təmini üçün 1,5 milyard dollar ayırıb.
News24.az APA-ya istinadən xəbər verir ki, bunu İsveçrədə keçirilən Sülh Sammitində bu ölkənin vitse-prezidenti Kamala Harris açıqlayıb.
Kamala Harris bildirib ki, həmin vəsait eyni zamanda humanitar və təhlükəsizlik sahəsindəki problemlərin həllinə sərf olunacaq.