AZ

Albaniya millisindən rekord

AVRO-2024-də iştirak edən 82 futbolçu şərəfini qoruduğu ölkədən kənarda anadan olub.
Sport24.az xəbər verir ki, Almaniyadakı çempionatda mübarizə aparan 24 komandadan 20-nin heyətində belə oyunçular yer alıb.
Yalnız Avstriya, Çexiya, Danimarka və Niderlandda başqa ölkədə doğulmuş futbolçu yoxdur. Belə oyunçuların sayında rekord Albaniyaya məxsusdur. Silvinyonun baş məşqçisi olduğu komandanın 19 üzvü başqa ölkədə anadan olub.
Qeyd edək ki, iyunun 14-də başlayan AVRO-2024 iyulun 14-də başa çatacaq.

Seçilən
14
2
sport24.az

3Mənbələr