AZ

Minik avtomobili yanıb kül oldurn 

Ələt-Astara avtomobil yolunda avtomobil yanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yolun 85-ci km-də, Biləsuvar rayonuna düşən hissəsində qeydə alınıb.

Belə ki, Şahmurad Nurinin idarə etdiyi "Kia" markalı minik avtomobili qəfil alışmağa başlayıb. Hadisə yerinə FHN-in Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunsa da, avtomobil tamamilə yanaraq, sıradan çıxıb.

İlkin məlumata görə, yanğına nəqliyyat vaitəsinin elektrik sistemindəki nasazlıq səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
8
olke.az

8Mənbələr