AZ

Azərbaycan və Çin hərbi təhsil sahəsində birgə tədbirlər planlaşdırır

Azərbaycan Ordusu və Çin Xalq Azadlıq Ordusunun nümayəndələri hərbi təhsil sahəsində birgə tədbirlərin planlaşdırılması istiqamətində görüləcək işlərə dair ətraflı fikir mübadiləsi aparıb.

Aznews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir. Səfər çərçivəsində Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Çinin hərbi nümayəndə heyəti ilə görüş keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
9
aznews.az

10Mənbələr