AZ

Nazir: "Dünya İqtisadi Forumu startaplarımızı yüksək qiymətləndirib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dünya İqtisadi Forumunun "IDEA: Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya" hesabatında Azərbaycanın startaplar və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında əldə etdiyi müsbət nəticələr yüksək qiymətləndirilib".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ölkəmizin sosial-iqtisadi inkişaf məqsədlərinin reallaşmasına xidmət edən islahatlar sırasında xarici investisiyaların cəlb edilməsi, özəl sektorun stimullaşdırılması, rəqəmsallaşma və bu sahələrdə qəbul edilmiş sənədlərin əhəmiyyəti xüsusi vurğulanır. Bu nəticələr biznes mühitinin təkmilləşdirilməsi, rəqabətədavamlı iqtisadiyyatın dəstəklənməsi və müasir həllərin tətbiqi istiqamətində aparılan islahatların effektiv reallaşmasını ifadə edir", - deyə o qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
10
oxu.az

10Mənbələr