AZ

8-ci sinif şagirdinin nişanlanması ilə bağlı araşdırma aparılır

Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.

 

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

 

O, paylaşımında 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyini bildirib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov isə qeyd edib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
3
modern.az

10Mənbələr