AZ

Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır - Aktam Xaitov

Şuşa. Trend:

Şuşa Azərbaycanın tarixi ədaləti bərpa etdiyini, Qarabağərazisini qaytardığını təsdiq edən müqəddəs məkandır. Bu,Özbəkistanın dostu Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi.Bu arzu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyatakeçirilib.

Trend xəbər verir ki, bu fikirləri Özbəkistanın Sahibkarlar vəİş Adamları Hərəkatı – Liberal Demokratik Partiyası Siyasi Şurasıİcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali MəclisininQanunvericilik Palatası sədrinin müavini Aktam Xaitov “TürkDövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlərfonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-dəŞuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

Azərbaycanı Özbəkistanın zamanın sınağından çıxmış etibarlıtərəfdaşı kimi dəyərləndirən qonaq vurğulayıb ki, ölkələrimiz ortaqdilə, adət-ənənələrə malik dost ölkələrdir.

Hər iki ölkənin dövlət başçılarının dostluq və etimada əsaslananmünasibətləri əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyinivurğulayan qonaq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyiilə Azərbaycanda xalqın rifahının daha da yaxşılaşdırılması,ölkənin suverenliyi, siyasi, iqtisadi və hərbi qüdrətininmöhkəmləndirilməsi diqqətdə saxlanılır, həmçinin beynəlxalq nüfuzugücləndirilir. Biz isə qardaş və yaxın dost olaraq Azərbaycanxalqının bu nailiyyətlərinə ürəkdən sevinirik.

“Dövlətimizin başçısı dəfələrlə bildirib ki, Özbəkistan Qarabağtorpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyəhazırdır. Belə ki, ötən il Füzulidə Şavkat Mirziyoyev AzərbaycanPrezidenti İlham Əliyevlə birlikdə Özbəkistanın dəstəyi ilə tikilənMirzə Uluqbəy adına 1 nömrəli məktəbin açılış mərasimində iştirakedib. Əminik ki, məktəb səmimi dostluğun simvoluna çevrilib”, -deyə o vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
6
az.trend.az

8Mənbələr