AZ

Bərdədə 22 kiloqram kultivasiya olunaraq yetişdirilən çətənə kolu aşkarlanıb

Bərdə polisinin növbəti əməliyyatı zamanı çəkisi 22 kiloqram olan 105 ədəd kultivasiya olunaraq yetişdirilən çətənə kolu aşkarlanıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz olaraq kultivasiyasını təşkil edən rayon sakini Elşən Rüstəmov saxlanılıb. Onun Lənbəran kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman çəkisi *22 kiloqramdan artıq olan 105 ədəd çətənə bitkisi aşkar edilib.*

Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
124
9
operativmedia.az

10Mənbələr