AZ

AVRO-2024: Bu gün daha üç oyun baş tutacaq

Bu gün Avropa çempionatında daha üç matç keçiriləcək.

Sitat.info xəbər verir ki, qarşılaşmalar A və B qruplarında olacaq.

A qrupunda Macarıstan və İsveçrə komandaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Günün digər iki görüşü isə B qrupunda baş tutacaq. İspaniya - Xorvatiya və İtaliya - Albaniya matçları oynanılacaq. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da başlayacaq.

Qeyd edək ki, turnirin açılış oyununda ötən gün Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
4
sitat.info

5Mənbələr