AZ

Bu ilin may ayında Türkiyə Qazaxıstana ixrac etdiyi avtomobil sənayesi məhsulları 21,6 % artıb

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 41,8 faiz azalaraq, 47 milyon dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu ilin may ayında Türkiyə Qazaxıstana 13,4 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 21,6 faiz çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar- may aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 15 milyard dollara bərabər olub.

Məlumata görə, bu ilin may ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 6,3 faiz çoxdur.

Son 12 ay ərzində (may 2023- may 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
22
fins.az

10Mənbələr