AZ

Baydendən Trampa qeyri-adi doğum günü TƏBRİKİ – VİDEO

ABŞ Prezidenti Co Bayden Donald Trampı ad günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrik onun “X” sosial şəbəkəsindəki hesabında dərc olunub.

“78 yaşın mübarək, Donald. Bu sözləri bir qocanın digərinə dediyi kimi qəbul et: yaş sadəcə bir rəqəmdir. Lakin bu seçki seçim məsələsidir”, - Amerika lideri yazıb.

O, təbrikə Trampla özünün müxtəlif vaxtlarda çəkilmiş videolarından ibarət rolik də əlavə edib.
 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
bizim.media

3Mənbələr