AZ

Şuşanın dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən bu günədək 18-i bərpa edilib - Aydın Kərimov

Şuşa. Trend:

Şuşanın dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən bugünədək 18-i bərpa edilib.

Trend xəbər verir ki, bu barədə Şuşada keçirilən “TürkDövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlərfonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransında Şuşarayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsiAydın Kərimov deyib.

O, konfrans iştirakçılarına məlumat verib ki, şəhərin 17məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. AzərbaycanPrezidentinin tapşırığı ilə məscidlərin dərhal bərpa edilməsi işinəbaşlanılıb və nəticədə 4 il ərzində şəhərdə 4 məscid tam şəkildəbərpa edilib, biri şəhərdə, digəri isə Daşaltı kəndində olmaqla 2yeni məscidin inşasına başlanılıb.

“Mühəndis infrastrukturunun yenidən qurulduğu Şuşada aparılanbütün işlər şəhərin müfəssəl Baş planına uyğun olaraq həyatakeçirilir. Artıq 960 nəfərlik yeni tam orta məktəb tikilərəkistifadəyə verilib, rayon mərkəzi xəstəxanasının inşasının isə cariil ərzində yekunlaşdırılması planlaşdırılır”, - deyə xüsusinümayəndə bildirib.

O deyib: “Prezident İlham Əliyevin bizim qarşımızda qoyduğu əsasvəzifə Ermənistanın apardığı işğalçı siyasət nəticəsindəyurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz ata-babayurdlarına qaytarılması və məşğulluğunun təmin edilməsidir. Böyükqürur hissi ilə bildiririk ki, artıq Şuşa öz sakinlərinə, buradandidərgin salınan soydaşlarımız isə öz doğma şəhərlərinəqovuşub”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
6
az.trend.az

7Mənbələr