AZ

17 yaşlı qız zorla ərə verilir - DİN hərəkətə keçdi

Daxili İşlər Nazirliyi Masallı rayonunun Xallıca kəndində 17 yaşlı qızın zorla ərə verilməsi məsələsi ilə bağlı hərəkətə keçib.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan OXU24.COM -a bildirilib ki, məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Qeyd edək ki, Masallıda toy günü 17 yaşlı qızın evdən qaçması ilə bağlı mediada məlumat yayılmışdı.

Onu zorla valideynləri tərəfindən 33 yaşlı kişiyə ərə vermək istədikləri deyilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
oxu24.com

4Mənbələr