AZ

Rusiya heç kimin arxasınca qaçmayacaq - Lavrov

Rusiya Ukraynadakı vəziyyətin tənzimlənməsinə dair təklifdən sonra heç bir ölkənin arxasınca qaçmayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Moskva Rusiya tərəfinin təklifinə cavab reaksiyalarını gözləyəcək.

"Xarici İşlər Nazirliyinin roluna gəlincə, biz heç kimin arxasınca qaçmaq fikrində deyilik. Səfirlərimiz müvafiq paytaxtlarda prezident Vladimir Putinin çıxışının mətnini ətraflı şəkildə çatdıracaq, əlavə olaraq nəyin nəzərdə tutulduğunu, bütün bu vəziyyətin fonunu izah edəcəklər və bundan sonra reaksiyaları gözləyəcəyik", - Lavrov deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
2
olaylar.az

3Mənbələr