AZ

Azərbaycanlı şair-jurnalist, publisist Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib

Bakı. Trend:

Azərbaycanlı şair-jurnalist, publisist Sona İsmayılova GürcüstanYazıçılar Birliyinin (GYB) üzvü seçilib.

Trend xəbər verirki, bununla əlaqədar iyunun 14-də Gürcüstan Yazıçılar Birliyindətədbir keçirilib.

GYB-nin həmsədri Bağatur Arabuli çıxışında S.İsmayılovanınyaradıcılığından söz açıb, onun əsərlərində vətənə, xalqa, torpağa,dostluğa bağlılıq, hörmət hisslərinin əks olduğunu qeyd edib.Arabuli bildirib ki, S.İsmayılovanın yaradıcılığında Gürcüstandövlətinə və xalqına dost və qardaşlıq çalarları gürcü ictimaiyyətitərəfindən yüksək qiymətləndirilir. Gürcüstan Yazıçılar BirliyiS.İsmayılovanın əsərlərini təhlil edib, belə bir yaradıcı insanınöz sıralarında görmək istədiklərini bildiriblər.

Gürcüstan Yazıçılar Birliyi S.İsmayılovanın quruma üzv qəbulolunması barədə qərar qəbul edib.

"İnanıram ki, S.İsmayılovanın Gürcüstan Yazıçılar Birliyinə üzvqəbul edilməsi Azərbaycan-Gürcüstan ədəbi, mədəni əlaqələrinininkişafında və daha da möhkəmlənməsində mühüm rol oynayacaq”, -deyə B.Arabuli vurğulayıb.

Sonra B.Arabuli Gürcüstan Yazıçılar Birliyinin üzvlük vəsiqəsiniS.İsmayılovaya təqdim edib.

S.İsmayılova göstərilən etimada, diqqət və qayğıya görətəşəkkürünü bildirib.

Sonra GYB-nin həmsədri Maqvala Qonaşvili, tədbirdə iştirak etməküçün Tbilisiyə gələn Özbəkistan parlamentinin deputatı GülbaharSaidqəniyeva, Gürcüstanın Azərbaycanlı Aktiv QadınlarAssosiasiyasının sədri Gültəkin Mehtiyeva, əslən CənubiAzərbaycandan olan yazıçı Nehir Akpolat və başqalarıS.İsmayılovanın yaradıcılığından söz açıb, onu GYB-nə üzv olmasımünasibətilə təbrik ediblər.

Tədbir çərçivəsində S.İsmayılovanın "Şuşa mənim şah Anam"şeirlər kitabının və Nehir Akpolatın "Sirr" fantastik povestinintəqdimatı keçirilib.

Gürcüstan Yazıçılar Birliyinin və Gürcüstan Azərbaycanlı AktivQadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləntədbirdə Azərbaycandan, Türkiyə və Özbəkistandan gələn qonaqlar,gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
az.trend.az

3Mənbələr