AZ

Ali Məhkəmə Plenumunun iclası keçirilib

İyunun 14-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətindənverilən məlumata görə, iclasda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarına dəyişiklik edilməsi barədə Plenumun qərar layihəsinin müzakirəsi aparılıb və müvafiq qərar qəbul olunub.

Sonra “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Ali Məhkəmə Plenumunun qərarı üzrə monitorinqin keçirilməsi müddətinin uzadılmasına dair qərar qəbul edilib.

İclasda 2023-cü ildə Gəncə İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat dinlənilib.

Plenumda, həmçinin konkret işlərə baxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
6
sia.az

7Mənbələr