AZ

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov AzərbaycanOrdusunun şəxsi heyətini Qurban bayramı münasibətilə təbrikedib.

Trend xəbər verir ki,təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar,çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeydolunan müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıqrəmzinə çevrilən müqəddəs Qurban bayramı cəmiyyətimizdəmilli-mənəvi dəyərlərə möhkəm bağlılığı özündə yaşatmaqla,humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündətəcəssüm etdirir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısıAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali BaşKomandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xaricisiyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha dagüclənərək, demokratik dövlət quruculuğu prosesində beynəlxalqnüfuzu artmaqdadır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev vəBirinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısısayəsində hərbi qulluqçuların xidməti şəraitinin daha dayaxşılaşdırılması, sosial infrastrukturun gücləndirilməsiistiqamətində orduda genişmiqyaslı islahatlar aparılır.

Respublikamızın müdafiə qüdrətinin artırılmasında qazanılanböyük nailiyyətlər, düşmən təxribatlarına qarşı aparılan uğurluirimiqyaslı əks-hücum əməliyyatı şəxsi heyətin qələbə əzmini dahada möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfərili kimi yazıldı.

Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə AzərbaycanOrdusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyatakeçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalındaqalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrikvə uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazibütövlüyü, suverenliyi tam təmin edildi. Ötən il Xankəndi şəhərindəkeçirilən 8 Noyabr - Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuşZəfər Paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günəqüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha nümayişetdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevXankəndi şəhərində Zəfər meydanı adlandırdığı meydanda Novruztonqalını alovlandırmaqla, Xalq, Millət, Dövlət birliyinintəcəssümünü və Böyük Qələbəsini təsdiqlədi. Bu gün işğaldan azadolunmuş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini dahada möhkəmləndirməklə, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədəhəyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbianda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş vəmənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanınəmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinəyetirəcəksiniz.

Respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyüuğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçənşəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir,valideynlərini, ailələrini, torpaqlarımızın azadlığı uğrundasağlamlığını itirən döyüşçülərimizi, veteranları bayrammünasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Sizi müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdəntəbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik,ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram. Bubayram həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə bolruzi-bərəkət gətirsin.

Bayramınız mübarək olsun".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
10
az.trend.az

10Mənbələr