AZ

Bakının mərkəzində daha bir küçədə avtobus zolağı salınıb

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bu çərçivədə Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməyədək) hərəkət zolaqlarının təşkilinə başlanılıb.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının davamlılığının təmin edilməsi ilə bağlı digər yollarda da bu işlər davam etdiriləcək.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
9
anews.az

10Mənbələr