AZ

İlham Əliyevə təbrik məktubları ünvanlanır - Yenilənir

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
 
"Ölkənizin milli bayramı münasibətilə Zati-alinizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən fərəh duyur, Sizə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə maraqlı olduğumuzu təsdiq edirəm", - məktubda qeyd olunub.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
anews.az

10Mənbələr