AZ

Dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinalçıları bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dördüncü "Yüksəliş" müsabiqəsinin əyani mərhələsi başa çatıb. Müsabiqənin əyani mərhələsi çərçivəsində baş tutan "İdarəetmə bacarıqları" imtahanında iştirak etmiş 1 282 iştirakçıdan 328 nəfəri yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Yüksəliş" müsabiqəsi məlumat yayıb.
Nəticələrə əsasən, maksimal T-bal 728, o cümlədən keçid balı 555 bal təyin edilib. Mərhələ adlayanlardan 281 nəfəri kişi, 47 nəfəri isə qadındır. Yarımfinal mərhələsinə keçən iştirakçıların 44,08%-i dövlət, 49,62%-i özəl, 3,53%-i QHT, 2,77%-i isə beynəlxalq qurumlarda çalışır.
"Yüksəliş"ə ilk dəfə qoşulmuş namizədlərdən 82-i, əvvəlki 3 müsabiqədə iştirak etmiş şəxslərdən isə 49-u bu il yarımfinalda yarışacaq.
Qarşıda iştirakçıları 5-7 iyul tarixlərində baş tutacaq yarımfinal mərhələsi gözləyir. Yarımfinal mərhələsindən sonra isə iyulun 19-21-də final mərhələsinin keçirilməsi ilə dördüncü "Yüksəliş" müsabiqəsi başa çatacaq.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
oxu.az

10Mənbələr