AZ

Nazirliyin idarə rəisi sərəncama götürülüb

Ədliyyə Nazirliyində aparılan struktur dəyişikliyi ilə bağlı idarə rəisi sərəncama götürülüb.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib.

Bununla əlaqədar İnsan resursları idarəsinin rəisi Rauf Məhərrəmov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb.

İnsan resursları idarəsinin rəisi vəzifəsinin icrası Ələkbər Nəbiyevə həvalə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
5
banker.az

10Mənbələr