AZ

NATO-nun müdafiə nazirləri Rusiyaya qarşı yeni məhdudiyyətlərlə bağlı razılığa gəliblər

NATO-nun müdafiə nazirləri Rusiya Federasiyasının alyans üzvlərinə qarşı təxribat hərəkətlərinə cavab olaraq yeni məhdudiyyətlərin tətbiqi barədə razılığa gəliblər.

525.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Bu gün nazirlər fərdi və kollektiv şəkildə tətbiq olunacaq bir sıra tədbirlər haqqında razılığa gəliblər. Bunlara kəşfiyyat xidmətləri arasında mübadilənin gücləndirilməsi, mühüm infrastrukturun mühafizəsinin gücləndirilməsi və Rusiya kəşfiyyatına məhdudiyyətlərin tətbiqi daxildir", - Stoltenberq vurğulayıb.

Pərvanə Sultanova























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
43
525.az

10Mənbələr