AZ

Fernandu Santuşun "qaranlıq" müqaviləsi.... Portuqaliyalı karyerasında maliyyə qalmaqalı yaşayıb

AFFA portuqaliyalı Fernandu Santuşla uzunmüddətli müqavilə imzalayıb. Onun qarşısına Avropa Çempionatının seçmə mərhələsində uğurla çıxış etmək vəzifəsi qoyulub. Yəni qarşıdakı Dünya Çempionatına vəsiqə tələbi yoxdur. Yəqin ki, Santuşun milli komandanı qitə birinciliyinin növbəti final mərhələsinə çıxarmasını istəyirlər. Çünki bu dəfə Gürcüstan vəzifənin öhdəsindən gəlib və iyunun 18-da Türkiyəyə qarşı tarixi oyuna çıxacaq.


Bizimyol.info xəbər verir ki, AFFA Fernandu Santuş ilə müqavilənin detallarını açıqlamaq istəmir. Portuqaliyalı mütəxəssisin ayda və ya ildə nə qədər qazanacağını bilmirik. AFFA, adətən, əcnəbilərə illik 1-1,5 milyon avro civarında məvacib ödəyir. Ola bilər ki, Santuşa daha böyük məbləğ vəd olunub və assosiasiya ictimaiyyətin qəzəbindən çəkinir. Çünki portuqaliyalı son illər karyera enişi yaşayır. Onun Polşa milli komandası və “Beşiktaş”da işi fiasko olmuşdu. Fernandu Santuş polşalılara 6 oyundan sonra lazım olmamışdı. Çünki həmin qarşılaşmalarda 3 məğlubiyyət qeydə alınmışdı. “Beşiktaş”dakı 16 oyunda isə cəmi 7 qələbə qazanılmışdı. Qarşısına böyük məqsədlər qoyan İstanbul klubu belə nəticə ilə razılaşa bilməzdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
bakuinform.agency

2Mənbələr