AZ

Qırğızıstan alimləri Dilçilik İnstitutunda olublar - FOTO

Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetinin Qırğız ədəbiyyatı kafedrasının müdiri professor Turdubaeva Nusgül və Qırğızıstan Milli Elmlər Akademiyasının dosenti Guldaky Ojinuhsaleva iyunun 14-də AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli ilə görüşüblər.

Bu barədə "Tehsil.biz"ə Dilçilik İnstitutundan məlumat verilib.

Nadir Məmmədli tərtibçisi olduğu “Divanü luğat-it-türk” əsərinin 3 cildini qonaqlara bağışlayıb və əsərin yeni cildi haqqında qırğız alimlərinə məlumat verib.

Qonaqlar bildiriblər ki, bu kitabdan universitetdə tələbələr üçün dərs vəsaiti kimi istifadə ediləcək.

Görüşdə Türk dilləri şöbəsinin əməkdaşları bu görüşün elmi əlaqələrin genişlənməsinə böyük təkan verəcəyini vurğulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
tehsil.biz

2Mənbələr