AZ

Rusiyalı keşişin Ukrayna ordusuna qoşulmaq istəyən üç oğlu məhkəmə qarşısında

Rusiya Baş Hərbi Prokurorluğu Lipetsk keşişi İqor Aşçeulovun üç oğlunu dövlətə xəyanətdə ittiham edib.

Hurriyyet.az xəbər verir ki, onlar Kursk vilayətində Rusiya-Ukrayna dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıblar. Keşişin oğullarının Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyaya qarşı döyüşmək niyyətində olduqları bildirilib.

Aleksey, İoan və Timofey Aşcheulovlar Cinayət Məcəlləsinin üç maddəsi – dövlətə xəyanət, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçməyə cəhd və terrorçu kimi tanınan təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olunublar.

Qardaşlara qarşı cinayət işinin materialları Baş Hərbi Prokurorluq tərəfindən təsdiq edilərək, baxılması üçün hərbi məhkəməyə göndərilib.

konkret.az

Seçilən
88
1
hurriyyet.az

2Mənbələr