AZ

Bakı metrosu yay qrafikinə keçir

Yay istirahəti dövrünün başlanması və tədris mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

Bildirilib ki, iyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq ediləcək.

Hər iş günü qatarların hərəkəti "Həzi Aslanov" - "28 May" sahəsində və əks istiqamətdə saat 07:00-dan saat 21:00-a qədər interval 2,5 dəqiqə təşkil edəcək.

İş günlərində sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.

Şənbə və bazar, eləcə də bayram və digər qeyri-iş günlərində qatarlar arasında qatarlararası interval saat 07:00-dan 21:00-a qədər "Həzi Aslanov" - "28 May" sahəsində 3 dəqiqə olmaqla tənzimlənəcək.

"Qırmızı" və "Yaşıl" xətlərin birləşdiyi "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
47
publika.az

10Mənbələr