AZ

Hasan Can Kayanın saxlanıldığı bildirilir


Türkiyəli məşhur komediya ustası Hasan Can Kayanın saxlanıldığı bildirilir.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 23 yaşlı qızı evində məcburi saxlamaqda ittiham olunur.
Belə ki, iddiaya görə, Hasan Can İstanbulada bir universitetin məzun gecəsində tanış olduğu qızı evində saxlayaraq, getməsinə icazə verməyib.
“Gənc qız dostuna ünvan da daxil olmaqla “Məni xilas et”, - deyə mesaj göndərib. Mesajı görən dostu polisə məlumat verib. Polis həmin ünvana gedərək, qızı xilas edib.
Gənc qız şikayətçi olduğunu bildirdikdən sonra polis Hasan Can Kayanı polis idarəsinə aparıb.
Ancaq gənc qız polis idarəsində onu saxlayan Kayadan şikayətçi olmadığını bildirib”, - Türkiyə KİV yazır.
Qeyd olunur ki, prokurorluq ifadəsi alındıqdan sonra polis idarəsində olan Hasan Can Kayanın azadlığa buraxılması barədə göstəriş verib.
Bildirilir ki, Hasan Can ifadəsi alınarkən ittihamları rədd edib.
Hadisə ilə bağlı sosial media hesabından açıqlama verən Kaya iddiaların real olmadığını bildirib və onun nüfuzuna xələl gətirildiyini qeyd edən Kaya qanuni hüquqlarından istifadə edəcəyini vurğulayıb.
Qeyd edək ki, Hasan Can Kaya hazırda “Konuşanlar” adlı məşhur proqramın aparıcısıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
3
yeniavaz.com

4Mənbələr