AZ

İtaliyalı futbolçu AÇ-2024-ün ilk oyununu buraxacaq

İtaliya millisinin və “Yuventus”un mərkəzi yarımmüdafiəçisi Nikolo Facoli komandasının AÇ-2024-dəki ilk oyununu buraxacaq.

Rekord.az xəbər verir ki, bu barədə "Sky İtalia" məlumat yayıb. 

Komanda ilk turda Albaniya ilə üz-üzə gələcək. 23 yaşlı yarımmüdafiəçi Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə zədələndiyi üçün bu matçda iştirak etməyəcək.

Facoli bir neçə məşqi buraxıb və cümə axşamı İtaliya millisinin ümumi məşqlərinə qayıdıb. Lakin futbolçu diskomfort hiss edib və məşqçilər korpusu ona istirahət vermək qərarına gəlib.

İtaliya - Albaniya oyunu iyunun 15-də Dortmundda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
rekord.az

3Mənbələr