İsrail Müdafiə Ordusu Qəzza zolağında məqsədlərinə çatana qədər dayanmayacaq.

İndex.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun cənub qərargahının rəisi, general-mayor Yaron Finkelman Rəfahdakı qoşunları ziyarət edərkən bildirib.

“Sonrakı addımlar planı aydındır. Buradakı qüvvələrin miqyasını və komandirlərin keyfiyyətini nəzərə alaraq, məqsədlərimizə çatana qədər irəliləməyə davam edəcəyik”, – o deyib.