AZ

Narkotik verdiyi qızı zorla evində saxlayan aparıcı saxlanıldı - FOTO

Türkiyəli məşhur komediya ustası Həsən Can Kaya saxlanılıb. 

Hurriyyet.az xəbər verir ki, Kaya universitet şənliyində 23 yaşlı qızla tanış olub. Bir müddət sonra Kaya qızı evinə dəvət edib və onlar birlikdə aparıcının Leventdəki evinə gediblər. 

Maraqlısı budur ki, gənc qız Kayadan öz evinə getmək istədiyini bildirsə də,  aparıcı buna imkan verməyib. Bu səbəbdən qız yaxın dostuna aparıcının ev ünvanını göndərib və  onu xilas etməsini istəyib. 

Bildirilir ki, Həsən Can Kaya qıza narkotik verib və evi tərk etməsinə icazə verməyib. 

Qızın dostu polisə məlumat verib.  Aparıcının İstanbulun Levent səmtində yerləşən evinə polis basqın edib. Gənc qız polis tərəfindən xilas edilib və bölməyə aparılıb. 

O, ilkin ifadəsində "Mənə narkotik verdi, evdən çıxmağa qoymurdu", - deyə açıqlama verib. Polis tərəfindən saxlanılan Həsən Can Kaya barəsində isə araşdırma başlanılıb. 

Qeyd edək ki, o, "Exxen" platformasında yayımlanan "Konuşanlar" proqramının aparıcısıdır. (unikal)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
3
hurriyyet.az

10Mənbələr