AZ

BSU-da "Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları" konfransı keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 13-də Bakı Slavyan Universitetində (BSU) "BirinciBeynəlxalq Balkanşünaslıq Tədqiqatları" konfransı keçirilib.Beynəlxalq konfransda Serbiyanın, Bolqarıstanın, Albaniyanın,Şimali Makedoniyanın tanınmış alim-mütəxəssisləri, Azərbaycanındövlət qurumlarının nümayəndələri, millət vəkilləri, COP29-unTəşkilat Komitəsinin üzvü, ADA Universitetinin, Bakı DövlətUniversitetinin (BDU), Azərbaycan Dillər Universitetinin (ADU),Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BTMT), Cənubi QafqazAraşdırmalar Mərkəzinin (CQAM), Azərbaycan Milli ElmlərAkademiyasının (AMEA) Dilçilik İnstitutunun nümayəndələri iştirakediblər.

Beynəlxalq konfransın moderatoru, BSU-nun rektoru Anar Nağıyevkonfransın " Azərbaycanın yaşıl dünya gündəliyi və Balkanlar"adlanan 1-ci panelini giriş sözü ilə açaraq qonaqları salamlayıb vəonları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdənməmnunluq duyduğunu bildirib. Rektor A.Nağıyev bugünkü konfransınUlu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə profili və statusugenişləndirilmiş BSU-nun yaradıldığı günə təsadüf etməsinin xüsusirəmzi məna və əhəmiyyət daşıdığını vurğulayıb. Rektor qeyd edib ki,konfrans cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü iltarixli Sərəncamı əsasında 2024-cü ilin Azərbaycan Respublikasındaelan edilmiş " Yaşıl dünya naminə həmrəylik ili " nin yüksəkəhvali-ruhiyyəsi çərçivəsində BSU-nun müvafiq tədbirlər planınauyğun olaraq həyata keçirilən növbəti tədbirlərdən biridir.Konfransın əsas məqsədi Azərbaycanın “Yaşıl dünya” gündəliyiçərçivəsində Balkan ölkələrinin timsalında beynəlxalq əməkdaşlıqməsələlərinin öyrənilməsindən ibarətdir.

Rektor A.Nağıyev diqqətə çatdırıb ki, konfransın 1-ci panelininhədəfləri yaşıl dünya naminə xarici siyasət və əməkdaşlıq, Balkanölkələri ilə əlaqələr, bu ilin noyabr ayında Azərbaycandakeçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29 və dünyanıngələcəyi, Azərbaycanın sülh çağırışı, enerji təhlükəsizliyiməsələləri, respublikamızın Balkan ölkələri ilə ənənəvi enerji vəalternativ enerji məsələlərində əməkdaşlığı, Serbiya və Bolqarıstantimsalında əməkdaşlığın əhatəliliyi və əlaqələrin inkişafındaparlamentlərin roludur. Rektor A.Nağıyev konfransın keçirilməsinəgöstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikası EnergetikaNazirliyinin, Xarici İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyininrəhbərliyinə dərin təşəkkürünü bildirib.

Çıxışında BSU-nun fəaliyyət istiqamətləri barədə geniş məlumatverən rektor universitetdə müxtəlif slavyan xalqlarının dillərinin,mədəniyyətlərinin və ölkəşünaslığın tədris edildiyini,regionşünaslıq ixtisaslarında bir sıra regionlar üzrə, o cümlədənBalkanşünaslıq ixtisası üzrə kadrların hazırlandığını, 2024-cü ildəuniversitetdə Balkanşünaslıq kafedrasının yaradıldığını,Bolqarıstan, Yunanıstan və Türk araşdırma mərkəzlərinin buistiqamətdə inkişafda rolunun artdığını, növbəti tədris illərindənserb, rumın və alban dillərinin tədrisinin planlaşdırıldığını,bütövlükdə Balkan regionunun BSU-nun təhsil proqramlarınınhədəfində dayandığını diqqətə çatdırıb. Bildirilib ki, BSU-daBalkan regionunun dilləri, ədəbiyyatı, mədəniyyətləri öyrənilir.Tərcümə və regionşünaslıq ixtisaslarında dillərin öyrənilməsiBSU-nun əsas hədəflərindən biridir. Bu il universitetdə Bolqarıstandili və tədrisi mərkəzinin yaradılmasının 20 ili tamam olur.Balkanşünaslıq üzrə qəbul dinamikası hər il yüksək olur,doktorantura səviyyəsində elmi tədqiqatlar aparılır. Rektorvurğulayıb ki, “Birinci Balkanşünaslıq Tədqiqatları” konfransınınməqsədi bu sahədə tədqiqat istiqamətlərini müəyyən etmək və buistiqamət üzrə alim və tədqiqatçıların davamlı müzakirəplatformasını təşkil etməklə yanaşı, elmi diskursu daha dagenişləndirməkdir. Hədəf isə Cənubi Qafqaz və daha genişcooğrafiyada Balkanşünaslıq tədqiqatları üzrə ən mühüm və dayanıqlıkonfrans pıatformasının formalaşdırılıb müvafiq tədqiqat vənəşrlərin həyata keçirilməsidir. “Slavyanşünaslıq üzrə regionunbirinci universiteti” sloqanı ilə inkişaf edən BSU regiondaBalkanşünaslıq tədqiqatlarının mükəmməl mərkəzi olaraq bu mövqeyiniqorumaqda israrlıdır.

Çıxışının sonunda rektor A.Nağıyev Azərbaycan Respublikasınınxarici siyasət prioritetləri sırasında enerji diplomatiyasıvasitəsilə regional təhlükəsizliyin və əməkdaşlığın inkişafetdirilməsinin mühüm yer aldığını qeyd edib. AzərbaycanRespublikasının Prezidenti, xalqımızın tarixinə Qarabağın xilaskarıkimi daxil olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlusiyasətinin nəticəsi olaraq ölkəmizin liderliyi ilə regionda sülhünbərqərar olmasına edilən cəhdlər və regional əməkdaşlıq üçün açılanimkanlar yüksək tarixi əhəmiyyətə malikdir.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji MənbələriDövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın enerjisiyasətinin əsas istiqamətləri barədə danışaraq bildirib ki,ölkəmizin bu sahədə müsbət təcrübəsi var. Respubliikamızda bərpaolunan enerji ehtiyatları ilə bağlı müxtəlif layihələr uğurlahəyata keçirilir. Azərbaycanın böyük potensialı dünya dövlətləritərəfindən yüksək qiymətləndirilir. C.Abdullayev vurğulayıb ki,bərpa olunan enerji ehtiyatlarından istifadədə ixrac məsələlərinəxüsusi diqqət yetirilməsi iqtisadi baxımdan önəmli rol oynayır.

Milli Məclisin deputatı, Azərbaycan-Serbiya parlamentlərarasıəlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı çıxışındabildirib ki, BSU-nun təşkilatçılığı ilə Balkanşünaslıq mövzusundailk beynəlxalq konfransın keçirilməsi təqdirəlayiqdir. Azərbaycanilə Balkan ölkələri arasında əlaqələr bütün sahələrdə genişlənib vəkeyfiyyətcə yeni mərhələyə daxil olub. Dövlət başçımız İlhamƏliyevin uzaqgörənliyi, yürütdüyü strateji xətt, gerçəkləşdirdiyiinnovativ layihələr sayəsində Azərbaycanla Şərqi və Mərkəzi Avropaölkələri, eləcə də bütün Avropa arasında ciddi əməkdaşlıq əlaqələriqurulub. Ölkəmizdə keçiriləcək COP29 sülhə, əmin-amanlığa,əməkdaşlığa, həmrəyliyə xidmət edir.

“Serbiya-Azərbaycan münasibətləri: təhlükəsiz, dinc və yaşılgələcək naminə əlaqələr" mövzusunda çıxış edən Serbiyanın StratejiAraşdırmalar Forumunun rəhbəri Neven Tsvetichanin müasir dövrümüzdəsabit, təhlükəsiz dünyanın bəşəriyyət üçün mühüm əhəmiyyət kəsbetdiyini nəzərə çatdırıb.

Milli Məclisin deputatı, COP 29-un Təşkilat Komitəsinin üzvüFatma Yıldırım qeyd edib ki, COP29 ərəfəsində belə tədbirlərinkeçirilməsi vacibdir. Çağdaş dövrümüzdə ətraf mühitin mühafizəsimüstəsna əhəmiyyət kəsb edir və qlobal çağırışlar ekologiyanınqorunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinitələb edir. Bu baxımdan Azərbaycanın COP29-u keçirməsi dünyabirliyi tərəfindən müsbət qiymətləndirilir. Bu böyük beynəlxalqtədbir dünyada əməkdaşlığın təşviqinə mühüm töhfələrverəcəkdir.
Öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan işğaldan azadedilmiş ərazilərini “Yaşıl zona” elan edib və hazırda həminərazilərdə geniş bərpa-quruculuq işləri aparılır.

Bolqarıstanın Plovdiv Universitetinin professoru ValentinPetrussenko “Universitet təhsili sistemində ekoloji gündəminəhəmiyyəti” adlı çıxışında ekoloji sabitliyin qorunması sahəsindətəhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb.V.Petrussenko çıxışında BSU-da Balkanşünaslıq kafedrasınınyaradılmasını yüksək qiymətləndirib.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovtexnologiyaların sürətli inkişafı nəticəsində dünyada yenitrendlərin yarandığını
və Azərbaycanın bu trendlərə qoşulduğunu qeyd edib. Nəzərə çatdırıbki, ölkəmiz son illər qlobal məsələlərin müzakirələrininkeçirildiyi mərkəzə çevrilib və COP29-u keçirməklə bu sahədə dahaböyük təcrübə qazanacaqdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri CavidVəliyev son illər BSU-nun xarici siyasət məsələlərinmüzakirələrində fəal iştirak etdiyini bildirib. Diqqətə çatdırıbki, Azərbaycan Avropanın enerji ilə təmin edilməsində fəal iştirakedir və bu istiqamətdə mühüm addımlar atılır. C.Vəliyev ali təhsilmüəssisələrində Balkan ölkələri üzrə ekspertlərin yetişdirilməsininvacibliyini vurğulayıb.

Sonra konfrans “Azərbaycan ilə Balkan ölkələri arasındaədəbi-mədəni əlaqələr” adlı 2-ci paneldə işini davam etdirib. Bupaneldə müasir dövrdə Azərbaycanla Balkan ölkələri arasındaədəbi-mədəni əlaqələrin keyfiyyətçə yeni mərhələyə daxil olması,Balkanlarda Türk dilinin öyrənilməsi məsələləri və digər vacibmövzular haqqında maraqlı çıxışlar edilib, səmərəli müzakirəaparılıb və əlaqələrin inkişaf etdirilməsi üçün təkliflər irəlisürülüb.

Qeyd edək ki, konfransda Şimali Makedoniyanın Skopye MüqəddəslərKiril və Mefodiy Universitetinin Türk dili və ədəbiyyatıkafedrasının müdiri Osman Emin, Serbiya Elmlər Akademiyasının SerbDili İnstitutunun Lüğətlər departamentinin direktoru Mariya Jinjiç,Albaniyanın Tirana Universitetinin Tarix-filologiya fakültəsininDilçilik kafedrasının lektoru Lindita Hanari, BDU-nun Türkolojiaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi NurlanaMustafayeva və digər tanınmış alimlər də iştirak ediblər.

BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
BSU-da
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
6
az.trend.az

7Mənbələr