Almaniya Federal Statistika İdarəsi (Destatis) yanvar-mart dövrü və may ayları üçün iflas müraciəti məlumatlarını açıqladı.

İndex.az xəbər verir ki, Almaniyada müflis olan şirkətlərin sayı bu ilin yanvar-mart dövründə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26,5% artaraq, yüksək enerji qiymətləri və artan kredit faizləri səbəbindən 5 min 209-a çatıb.

Sözügedən dövrdə ölkədə hər 10 min şirkətdən 15-i iflas elan edib.

İlin birinci rübündə isə hər 10 min şirkətdən 29-u iflas etməli olub.

Şirkətlərin iflas iddiaları ilə bağlı kreditorlara ödənilməsi gözlənilən borc birinci rübdə 11,3 milyard avro olaraq qeyd edildi.

Sözügedən borc 2023-cü ilin yanvar-mart dövründə təxminən 6,7 milyard avro idi.