AZ

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Azərbaycan İstiqlal muzeyini ziyarət edib

Dövlət

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan İstiqlal muzeyini ziyarət ediblər.

Muzeyin bələdçisi nümayəndə heyətinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, 1993-cü il iyunun 15-də xalqın çağırışı ilə onun yenidən respublikamızın rəhbərliyinə qayıdışı ilə bağlı ətraflı məlumat verib. Qeyd edilib ki, məhz Heydər Əliyevin qayıdışı Azərbaycanı dövlət müstəqilliyimizin itirilməsi, ölkənin parçalanması təhlükəsi və dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas etmiş, dövlətimizi uzunmüddətli inkişaf yoluna çıxarmışdır. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi düşüb.

Muzeyin zallarında Azərbaycan tarixinin qədim dövrlərdən XX əsrin əvvələrinə qədərki dövrünə aid – Cənubi Azərbaycanda XX əsrin birinci yarısında gedən azadlıq mübarizəsinə, azərbaycanlıların Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarına, Azərbaycanın ən yeni tarixinə həsr olunmuş heykəltəraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar və başqa eksponatlar nümayiş etdirilir.

Qeyd edək ki, Azərbaycanın ilk dövlət muzeyi məhz İstiqlal Muzeyi olub. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin birinci ildönümü münasibətilə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmi bir neçə ay fəaliyyət göstərib. 1920-ci ilin aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra muzey fəaliyyətini dayandırıb. Muzey öz fəaliyyətini 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa etdi.

Beləliklə, 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradılıb. 1919-cu ildə yaradılan muzeydən heç bir eksponat qalmasa da, yenidən fəaliyyətə başlayan muzey əvvəlkinin mənəvi varisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
3
azertag.az

4Mənbələr