AZ

Dərman vasitələrinin və vaksinlərin istifadəsində yaranan əlavə təsirlər haqqında tətbiq yenilənib

Bakı. Trend:

Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlərinbildirilməsi və vaksinlərin istifadəsi zamanı yaranan arzuolunmazhalların bildirilməsi üçün mobil tətbiq hazırlanıb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Analitik EkspertizaMərkəzindən məlumat verilib.

Bildirilib ki, artıq bu iki ayrı tətbiq vasitəsi ilə dərmanlarvə vaksinlər barədə dərhal bildirişlər göndərmək mümkündür. İşlənibhazırlanmış tətbiqlərin üstünlüyü internet şəbəkəsinə qoşulmadan(off-line) bildirişi doldurmaq imkanının və Azərbaycan, rus vəingilis dilində olmasıdır.

Tətbiqlər vasitəsi ilə vətəndaşlar, tibb işçiləri (həkimlər, dişhəkimləri, əczaçılar və immunizasiya proqramına cavabdeh şəxslər),pasiyentlər və pasiyent baxıcıları bildirişləri rahatlıqla Mərkəzəgöndərə bilərlər. Təqdim edilən məlumatlar əlavə təsirləri müəyyənetmək və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədərtəhlükəsiz etmək məqsədilə Analitik Ekspertiza Mərkəzi tərəfindənnəzarət ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
11
az.trend.az

10Mənbələr