AZ

"Apple" İsrail ordusuna ianə göndərməkdə ittiham olunub

Bəzi işçilər və səhmdarlar "Apple"ı İsrail ordusuna və israillilərə ianələr göndərməkdə ittiham edib.

525.az xəbər verir ki, ABŞ-də özlərini bir qrup səhmdar, indiki və keçmiş işçilər kimi qələmə verən 133 nəfər işçi ianələrinin göndərildiyi qurumlarla bağlı texnologiya şirkətinə açıq məktub yazıb.

Belə ki, məktubda "Apple" işçi ianələrini İsrail ordusuna bağlı təşkilatlara və israillilərə göndərməkdə günahlandırılıb. Bu iddianın dərhal araşdırılmasını tələb edən məktubda, "Apple"dan bütün qeyri-hökumət təşkilatlarına ianə verməyi dayandırması istənilib.

Qeyd edək ki, "Apple" rəhbərliyi mövzu ilə bağlı suallara cavab verməyib.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
525.az

2Mənbələr