AZ

Əhməd Əhmədovun məhkəməsinin vaxtı məlum olub

Bakı. Trend:

Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasıiyunun 25-də keçiriləcək.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimSəbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıqiclası iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası MehmanƏhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci iltəvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlıbacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlıqardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusiamansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona CinayətMəcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkarşəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə)maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqinvəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyatakeçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “RespublikaPsixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
31
az.trend.az

10Mənbələr