AZ

Avropada siyasi böhran: qitə ideoloji parçalanmaya doğru gedir

Avropa Parlamentinə (AP) seçkilər ifrat sağçı partiyaların artması ilə nəticələnib.

Publika.az xəbər verir ki, bu barədə avstriyalı professor Martin Gelter bildirib. Onun sözlərinə görə, qitədə anti-xarici radikal sağçıların yüksəlişi Avropanı “ideoloji parçalanmaya” aparacaq.

“Son iki ildə Aİ-də keçirilən yerli və ümumi seçkilər artıq ifrat sağçıların hər bir ölkədə regional çərçivədə iqtidar tərəfdaşı olmaq həddinə yüksəldiyini ortaya qoydu. Hazırda ifrat sağçı Almaniya, Fransa, Norveç, İtaliya, Avstriya və Macarıstan kimi ölkələrdə milli seçkilərdə iqtidarın ortağı və ya dominantına çevrilib”, - professor bildirib.

Gelter qeyd edib ki, AP-də sağ mərkəzçi Avropa Xalq Partiyası ən çox yerə sahib, sol mərkəzçi S&D isə ikinci ən böyük qrup olaraq qalıb: “Seçkilərdə diqqəti çəkən digər amil Avropada reaksiya olaraq ifrat solçuların, eləcə də ifrat sağın yüksəlişidir. Seçkilərin nəticələri göstərir ki, ifrat sağçılardan sonra səslərini ən çox artıran partiyalar ifrat sol partiyalar olub. Bu həm də qitənin ideoloji parçalanma yaşadığını ortaya qoyur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
publika.az

2Mənbələr